Dadaşov “Vulverhempton”da növbəti oyununa çıxdı
25.01.2020 , 18:23

İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası “Lids”dən olan həmyaşıdları ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları H qrupunda 7 xalla liderdilər.
