Dadaşov rəmzi komandada – FOTO
16.09.2020 , 16:11
ABŞ II Liqasında XII turun rəmzi komandası açıqlanıb.
Korner.az xəbər verir ki, “Feniks Rayzinq”də Rüfət Dadaşov da simvolik “11-lik”də yer alıb. XII turda “Las-Veqas Layts”ı məğlub etdikləri (5:1) oyunda iki qol və bir məhsuldar ötürmə edən 28 yaşlı hücumçu ən yaxşılardan olub.
Dadaşov VI turda da rəmzi komandaya düşmüşdü.