Dadaşov rəmzi komandada – FOTO
18.12.2022 , 14:43

İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.
Korner.az xəbər verir ki, heyətdə “Qrasshopper”də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb:
Azərbaycan yığmasının da üzvü olan forvard bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Qrasshopper” 16 turdan sonra 20 xalla 7-ci sıradadır.
