Dadaşov oynadı, komandası uduzdu
16.02.2020 , 14:04

ABŞ-ın “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi komanda “Kolambus Kryu”ya məğlub olub – 0:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.
“Feniks Rizinq” növbəti oyununu fevralın 19-da “Sportinq Kanzas Siti”yə qarşı keçirəcək.
