Dadaşov oynadı, komandası uduzdu
01.11.2019 , 11:09
Portuqaliya çempionatında IX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” “Sportinq”lə qarşılaşıb. Renatın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana daxil olub.
Futbolçumuzun komandası hazırda 5 xalla 18 kollektiv arasında 17-ci yerdə qərarlaşıb.