Dadaşov oynadı, komandası qələbə qazandı
20.02.2020 , 16:17

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Feniks Rizinq” “Visit Tucson Sun Cup” turnirində növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, Arizona təmsilçisi “Sportinq Kanzas Siti” ilə qarşılaşıb. Görüş “Feniks Rizinq”in 2:1 hesablı qələbəsiylə başa çatıb.
Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana çıxıb.
