Dadaşov oynadı, komandası məğlub oldu
27.02.2022 , 11:36

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” Portuqaliya çempionatında 23-cü tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda “Famalikao”nun qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə Daniel Anjosla əvəzlənib.
“Tondela” Portuqaliya çempionatında 16-cı sıradadır.
