Dadaşov oynadı, komandası evdə uduzdu
02.09.2018 , 12:13

Almaniya 3-cü Liqasında 6-cı turun oyunları keçirilib.
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Uerdingen”lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
Rüfət start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Dadaşovun komandası 6 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.
