Ölkə futbolu

Dadaşov milliyə dəvət aldı

17.08.2019 , 17:24

Almaniyanın “Proysen” klubunun hücumçusu Rüfət Dadaşov AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya milliləri ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə dəvət alıb.

Korner.az klubun xəbər verir ki, yığmanın baş məşqçisi Nikola Yurçeviç 27 yaşlı forvardı milliyə çağırıb.

Azərbaycan millisi sentyabrın 6-da Uelsin qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək. Yığma komanda ilk 3 oyununda uduzub.

Son yazılar

Yuxarı