Dadaşov “Liverpul”a qol vurdu
30.01.2020 , 10:56

Azərbaycan millisinin üzvü Renat Dadaşov formasını geyindiyi “Vulverhempton”un U-23 komandasında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, “canavarlar” Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda “Liverpul”un 23 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 2:2.
Renat Dadaşov matça start heyətdə çıxıb və sonadək meydanda olub. O, 49-cu dəqiqədə topu rəqib qapısından keçirərək komandasının 2-ci qolunu vurub.
