Dadaşov “Liverpul”a qarşı 90 dəqiqə oynadı
18.02.2020 , 16:52

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası 17-ci tur çərçivəsində doğma meydanda “Liverpul”un U-23 kollektivi ilə üz-üzə gəlib. “Vulverhempton” bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
