Dadaşov geri döndü, komandası məğlub oldu
23.12.2018 , 13:20

Almaniya 3-cü Bundesliqasında 20-ci turun oyunları keçirilir.
Millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Fortuna Köln”ə 0:2 hesabı ilə uduzub.
Zədəsini sağaldan Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Dadaşovun komandası 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.
