Dadaşov Bundesliqa klubundan niyə imtina edib?
13.01.2020 , 15:25

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov Bundesliqadan təklif alıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Paderborn” “Proyssen”dən ayrılan futbolçunu heyətinə qatmaq istəyib.
Amma Dadaşov buna qədər ABŞ-ın “Feniks Rayzinq” klubu ilə anlaşıb. Okeanın o tayından daha yaxşı təklif alan Rüfət Almaniyadan getməyi üstün tutub.
