Dadaşov Azərbaycan millisinə dəvət aldı
24.08.2018 , 10:27

Portuqaliya Sequndasında çıxış edən “Eştoril” klubunun hücumçusu Renat Dadaşov Azərbaycan millisinə dəvət alıb.
Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı forvard millimizin UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Kosovoya qarşı ev, ayın 10-da isə Malta ilə səfər oyunlarına dəvət olunub.
Renat əsas yığmamızın heyətində 1, 21 yaşlılardan ibarət milli komandamızın heyətində isə 3 oyun keçirib.
