Dadaşov ABŞ-da növbəti oyununu keçirdi
02.03.2020 , 18:22

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi ABŞ-ın “Feneks Rayzinq” klubu növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Arizona təmsilçisi “El Paso” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müyyənləşməyib-3:3.
Rüfət Dadaşov da bu oyunda iştirak edib. O, görüşə start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
