Dadaşov ABŞ-da dubl etdi
23.05.2021 , 15:33

ABŞ birinci liqasında 4-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” doğma meydanda “Las Veqas Layts”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb.
Start heyətində meydana çıxan Dadaşov 2-ci və 55-ci dəqiqələrdə fərqlənərək dublla yadda qalıb.
Qeyd edək ki, “Feniks Rayzinq” 4 turdan sonra 9 xalla liderdir.
