Dadaşov 90 dəqiqə oynadı
01.12.2018 , 14:50

Portuqaliya Sequndasında 10-cu turun oyunları keçirilir.
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun formasını geyindiyi “Eştoril” səfərdə “Benfika” ikinci komandasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Eştoril” hazırda 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
