Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir.
Korner.az-ın Zirvə-İK klubunun saytına istinadən verdiyi məlumatına görə, bu gün daha bir idmançımız körpücük üzərinə qalxıb.
94 kq çəki dərəcəsinin B qrupunda Dadaş Dadaşbəyli mübarizə aparıb.
“Qobustan-Zirvə” İdman Klubunun nümayəndəsi birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 200 kq-ın öhdəsindən gəlib. Toplamda 365 kq nəticə göstərən Dadaşbəyli, B qrupunda 3-cü yeri tutub.
Onun yekun sıralamadakı yeri A qrupunda yarış bitəndən sonra məlum olacaqdır.
