Dabo və Mustivar “Neftçi”nin düşərgəsini tərk etdi
17.06.2019 , 15:56

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən “Neftçi”nin iki üzvü – Baqali Dabo və Soni Mustivar müvəqqəti olaraq komandanın düşərgəsini tərk edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki legioner müalicə məqsədilə İtaliyaya göndərilib.
Dabo məşq zamanı ayaq əzələsindən yüngül zədə alıbsa, Mustivar Haiti millisinin təlim-məşq toplanışından zədəli qayıdıb.
