Dabo rəsmən Kipr klubunda
04.07.2020 , 15:24

“Neftçi”dən ayrılan Baqali Dabonun yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, hücumçu karyerasını Kiprin “Apollon” klubunda davam etdirəcək.
Futbolçu ilə 2022-ci ilin mayına qədər müqavilə imzalanıb. O, yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.
Dabo 2018-ci ildə “Qəbələ”dən “Neftçi”yə keçmişdi. Fransalı hücumçu Azərbaycan Premyer Liqasında ümumilikdə keçirdiyi 83 oyunda 41 qol vurub, 9 assist edib.
