“Səfərdə “Lill” kimi komanda ilə heç-heçə etmək yaxşı nəticədir”.
Korner.az-ın məlumatına görə, bu sözləri Qol.az saytına açıqlamasında “Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu səfərdə “Lill”lə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
Dabo cavab görüşünün daha maraqlı keçəcəyini bildirib: “Oyun maraqlı və gərgin keçdi. İlk hissədə matça daha çox köklənmişdik. Fasilədən sonra isə oyuna nəzarəti itirdik və nəticədə qol buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu. Bununla belə, düşünürəm ki, evdə keçirəcəyimiz cavab görüşü daha maraqlı olacaq”.
