“Heç bir problem yoxdur. Komandada əhval yüksəkdi. Əsas odu ağrım, zədəm yoxdur. Çox vacib maçtdır. Əsas məqsəd, təii ki, qalib gəlməkdir“
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Baqali Dabo deyib.
Avropa Liqası birinci təsnifat mərhələsinin ilk matşında Gürcüstan təmsilçisi “Samtredia”nı böyük hesabla udan (5:1) “Qəbələ” cavab qarşılaşması üçün artıq qonşu ölkədədi. “Qırmızı-qaralar”ın futbolçusu suallarımıza cavab aldıq:
“Bakıdakı çox qollu nəticəni Zestofenidə təkrarlaya biləcəyimizi dəqiq deyə bilmərəm. Çünki Bakı bizim evimizdir. Azarkeşlərin dəstəyi də çox kömək oldu. Gürcüstanda qələbədən həzz almaq istəyirik.
Düşünürəm ki, hücum futbolu oynayacağıq. Əgər qalib gəlmək istəyiriksə, hücumda oynamalıyıq. Bu, futbolun əsas qaydasıdır. Qol vurmağa çalışacam. Bu, mənim vəzifəmdir”
