Ölkə futbolu

Dabo “Neftçi”dən gedir

30.05.2020 , 18:52

“Neftçi”nin hücumçusu Baqali Dabo yeni mövsümdən karyerasını Kiprdə davam etdirəcək.

Korner.az xəbər verir ki, “Apollon” klubu Baqali Dabo ilə razılığa gəlib. Bu barədə Kiprin kerkida.net saytı məlumat yayıb.

O, sayta açıqlamasında bunları deyib:

“Hələ müqavilə bağlamamışam. “Apollon” əla komandadır. Mən hazırda Azərbaycanda futbolun nə zaman bərpa olunacağını gözləyirəm. “Apollon”a keçməyə yaxınam. Mən buna çox şadam. Klubun marağı məni sevindirdi”.

Son yazılar

Yuxarı