big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Dəyərli, cəsarətli, fərqli, əfsanəvi… Maradona

28.11.2020 , 16:51

O, 16 yaşında millidebüt etsə də, 17 yaşında komandasının çempion olacağı mundialdan kənar qalacaq dərəcədə şanssız biridir – DÇ-78-ə məhz gənc yaşına görə aparılmamışdı.

Bir oyunda 23 dəfə kobudluğa məruz qalacaq dərəcədə durdurulması çətin biri – DÇ-82-də gələcək dünya çempionu italyanlar onun qarşısını ancaq qaydaları pozmaqla almışdılar.

İki dəfə dünyanın ən bahalı transferi olacaq qədər dəyərli biri – 1982-ci ildə “Barselona”ya, 1984-cü ildə isə “Napoli”yə keçidi o dövr üçün rekord məbləğə reallaşmışdı.

UEFA-nın klub reytinqində 2-ci olan “Barselona”dan 83-cü yerdəki “Napoli”yə keçəcək qədər cəsarətli biri – və belə ortabab komandanı iki dəfə İtaliya çempionu, 1989-cu ildəsə UEFA kubokunun qalibi edə bilmişdi.

Bir mundial ərzində 90 driblinq edib və komandasına 53 cərimə zərbəsi qazandıracaq dərəcədə mükəmməl biri – DÇ-86 onun mundialı idi.

Dünya çempionatının bir oyununda 3 məhsuldar ötürmə verə biləcək qədər istedadlı biri – DÇ-86-nın ilk oyununda cənubi koreyalıları məhz onun dəqiq ötürmələri sayəsində məğlub etmişdilər.

Həm seviləcək, həm də nifrət ediləcək dərəcədə fərqli biri – DÇ-86-da əllə qol vurduğu ingilislər onu sevə bilərdilərmi?

“Əsrin qolu”na imza atacaq qədər sehrbaz biri – DÇ-86-da İngiltərə ilə oyunda həm də meydanın özlərinə aid hissəsindən irəliləyərək rəqibin beş oyunçusunu, sonra da qapıçısını keçərək topu qapıya vurmuşdu.

Əsas favorit sayılmadığı mundialda komandasını çempion edəcək qədər dahi biri – Argentina DÇ-86 ərəfəsində keçirdiyi 7 oyundan yalnız 1-də qələbə qazanmışdı.

Sırf hücumçu olmasa da, İtaliya A seriyasında hamıdan çox qol vuracaq dərəcədə bacarıqlı biri – 1987/88 mövsümündə 15 qolla bombardir olmuşdu.

Bütün qeyri-adi qabiliyyətlərinə rəğmən, 1:5 və hətta 0:5 kimi məğlubiyyətləri dadmış “bizdən” biri – 1989-cu ildə “Napoli”də “Verder”ə və 1993-cü ildə “Sevilya”da “Real”a böyük hesabla uduzmağın acısını yaşamışdı.

Eyni zamanda, iki dəfə dopinq cəzası alacaq qədər öz futbol dühasına məsuliyyətsiz yanaşan biri – əvvəlcə 1991-1992, sonra da 1994-1995-ci illərdə bir ildən çox müddətə futboldan uzaqlaşdırılmışdı.

Və müxtəlif sorğularda XX əsrin, bütün zamanların ən yaxşı futbolçusu seçilə biləcək qədər əfsanəvi biri…

Həyat davam edir.

Rekordlar yenilənir.

2017-ci ildə “Napoli”nin ən məhsuldar oyunçularının siyahısında 115 qolla yüksəldiyi zirvəni təhvil verdi – əvvəlcə slovak Marek Hamşik onu qabaqladı, sonra da belçikalı Dries Mertens onları geridə qoydu.

2018-ci ildə isə dünya çempionatlarında ən çox oyunda kapitan olmaqla bağlı rekorddan əlini üzməli oldu – mundiallar tarixində 17-ci dəfə komandasını meydana kapitan kimi çıxaran meksikalı Rafael Markes bu göstəricidə onu keçdi.

İndi də həyatını itirdi...

Amma şan-şöhrəti, populyarlığı əbədidir…

Hər davranışı ilə gündəm olmağı bacaran biri…  

O, sadəcə Dieqo Armando Maradonadır!

Rasim Mövsümzadə

Son yazılar

To Top