“Çempionatın ən güclü komandalarından birinə qarşı oynadıq”.
Korner.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının XXIX turunda “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Cənub təmsilçisinin türkiyəli çalışdırıcı 1:0 hesabı ilə qazanılan oyunla bağlı danışarkən bildirib ki, komandası daha çox qol vura bilərmiş: “Komandanın sərgilədiyi oyundan razı qaldım. Hesab daha böyük ola bilərdi. Amma onu da nəzərə almaq lazımdı ki, rəqib cavab topu vurmaq üçün hücuma atıldığından, müdafiə xəttində boşluq yaranmışdı. əsas heyətin 3 üzvü – Adrian Skarlatake, Tural Cəlilov və Tyaqo Xesus zədə səbibindən bizə kömək edə bilmədi. “Qəbələ” ilə kubokun yarımfinalında da qarşılaşacağıq. Bu səbəbdən daha diqqətli olmalıyıq”.