NBA

“Dərviş” “öldü”, Azərbaycan çempionatında 6 komanda qaldı

02.11.2017 , 13:00

Kişi basketbolçular arasında Azərbaycan çempionatında iştirak edəcək klubların adları və yarışın başlama tarixi dəqiqləşib

XXV dəfə təşkil olunacaq çempionatda noyabrın 4-də start veriləcək.

Ötən illə müqayisədə bu dəfə komandaların sayında yenidən azalma rəsmiləşib. Çempion titulu uğrunda cəmi 6 klub gücünü yoxlayacaq.

Son mövsümün bürünc medalçısı “Dərviş”, onların 3-cü yer uğrunda məğlub etdikləri “Marşallar”, həmçinin autsayder “Araz” “səhnədən çəkilib”. Onların əvəzinə AzTOP yenidən mübarizəyə qoşulub. Yeni mövsüm üçün yeni komanda – ALOV da yaradılıb.

Beləliklə, AzTOP, ALOV-la yanaşı, son çempion NTD, həmçinin ADNSU, “80-lər” və U-16 çempionu müəyyənləşdirəcəklər.
Qarşılaşmalar isə Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. İlk dövrə dekabrın 4-də bitəcək.
 
I dövrənin cədvəli:
4 noyabr 
11:00. ADNSU – 80-lər 
13:00. NTD – U16
15:00. ALOV – AzTOP
 
11 noyabr 
11:00. ALOV – NTD 
13:00. U16 – ADNSU
15:00. AzTOP – 80-lər
 
18 noyabr 
11:00. ALOV – 80-lər
13:00. U16 – AZTOP
15:00. NTD – ADNSU
 
25 noyabr
11:00 ALOV – U16
13:00 NTD – 80-lər
15:00 AZTOP – ADNSU
 
2 dekabr 
11.00 ALOV – ADNSU
13.00 U16 – 80-lər
15.00 NTD – AZTOP

apasport.az

Son yazılar

Yuxarı