“Real”ın futbolçusu Kriştiano Ronaldo UEFA superkubokunda “Sevilya”ya qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib.
Korner.az-ın məlumatına görə, bu barədə portuqaliyalı hücumçu özü məlumat verib:
“Sevilya”ya qarşı oynamayacam. Çünki avqustun 10-dan məşqlərə başlayacam”. “Real” – “Sevilya” görüşü avqustun 9-u keçiriləcək.
Xatırladaq ki, K.Ronaldo Portuqaliya millisi ilə “Avro-2016″nın finalında Fransaya qarşı oyunda zədələnib.
