Milli komandamızın sabiq futbolçusu Rail Məlikovun çıxış etdiyi Türkiyənin “Dənizlispor” klubu növbəti oyuna 8 itki ilə çıxmalı olacaq.
Korner.az-ın məlumatına görə, Məlikovla yanaşı Ömər və Byramın qırmızı vərəqə alması, 2 futbolçunun sarı kart limitini doldurması, 3 futbolçunun isə zədə səbəbindən komandaya komək edə bilməyəcək.
Dənizli təmsilçisinin vitse-prezidenti Veysəl Gühan Raildə daxil olmaqla futbolçulara ciddi xəbaərdarlıq ediləcəyini bildirib:
"Üç qırmızı vərəqə alan oyunçumuzdan yalnız birini – Bayramı cəzalandıracağıq. Əgər o meydanda qırmızı vərəqə alsaydı, düşünərdik ki, əsəblərini cilovlaya bilməyib. Lakin meydandan kənarda belə hərəkət yolverilməzdir. Onu mütləq cəzalandıracağıq. Digər vərəqə alanlara isə ciddi xəbərdarlıq verəcəyik”.
Qeyd edək ki, Dənizli təmsilçisinin 3 futbolçusu “Adana Dəmirspor”la I liqanın 19-cu turunun matçında qırmızı vərəqə almışdı.