“Dənizlispor”da yeni qapıçı
05.09.2020 , 18:58

“Dənizlispor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Kostel Pantilimonu transfer edib
33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2018-ci ildən “Nottingem Forest”də çıxış edən qolkiper, bu il “Omoniya”da icarədə də olub.
