“Xəzər Lənkəran” klubunun boşalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib.
Korner.az-ın məlumatına görə, türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə “Xəzər Lənkəran” arasında 1 il yarım müddətinə müqavilə imzalanıb.
Dünən klubun Lənkərandakı ofisində “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov ilə görüşüb, bir çox detalları müzakirə edən Dənizli bu gün atdığı imza ilə klubun rəsmən yeni baş məşqçisi olub.
