“Xəzər Lənkəran” klubunun keçmiş türkiyəli baş məşqçisi Mustafa Dənizli “DÇ-2014″də favorit gördüyü komandanın adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Çili yığmasını mundialın favoritlərindən biri kimi gördüyünü deyib:
“Çili millisi mənim dünya çempionatındakı favoritlərimdən biridir. Onların oyununu çox bəyəndim. Əgər Çili finala çıxarsa, buna təəccüblənməyəcəm”.
