“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandanın yarımmüdafiəçisi Elnur Abdullayevin noyabr ayı üçün ən gözəl qol müəllifinə təqdim ediləcək mükafatı almaq üçün tədbirə getməsinə icazə verməyib.
Korner.az-ın məlumatına görə, Lənkəran klubu hazırda XVII turun “Rəvan”oa oyununa hazırlaşır.
Dənizli belə vacib məqamda futbolçusunun tədbirdə iştirakını məqsədəuyğun saymayıb.
