Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir
Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” səfərdə aşağı liqa təmsilçisi “Altındağ”la qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtı qolsuz heç-heçə başa çatıb. Penaltilərdə isə “Bursasspor” rəqibini üstələyərək (4:2) 1/8 finala yüksəlib.
Oyuna start heyətində başlayan Dəniz Yılmaz sona qədər meydanda olub. Lakin ona penaltini yerinə yetirmək həvalə olunmayıb.
