Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir. Millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Trabzonspor” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
