Dəhşətli təyyarə qəzasından sağ çıxan jurnalist vəfat etdi
28.03.2019 , 13:00

“Şapekoense” futbol klubunun qəzaya uğrayan təyyarəsindən sağ çıxan 6 şəxsdən 1-i olan 46 yaşlı jurnalist Rafael Henzel vəfat edib.
Braziliyalı jurnalist dostları ilə futbol oynayarkən qəfil yerə yıxılıb. Jurnalist xəstəxanaya aparılsa da, yolda vəfat edib. Onun infarkt keçirdiyi bildirilib.
Qeyd edək ki, 2016-cı ilin 29 noyabr tarixində “Şapekoense” futbol klubunu daşıyan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 71 nəfər həlak olub.
