"Old Trafford"da Çempionlar Liqasının /18 final mərhələsi çərçivəsində keçirilmiş "Mançester Yunayted" – "Real" (Madrid) qarşılaşmasında meydan sahiblərinin portuqaliyalı futbolçusu Naniyə qırmızı vərəqə göstərən türkiyəli hakim Cüneyt Çakırın həyatı təhlükədədi.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın mərhələ adlaya bilməməsinə görə Çakırı günahlandıran ingilis azarkeşlər sosial mediada onu ölümlə hədələməyə başlayıblar.
İngiltərə polisinin hərəkətə keçməsi işin nə qədər ciddi olduğunu göstərir.