“Neftçi”nin dərdi var, kömək istəyir,
Böyükağa Hacıyev “Heç yerə getmirəm” deyir,
Kanales gəlir, o da bir xeyir vermir
Dədə, nə olacaq bu işlərin axırı?
***
“Neftçi” “hazır maşındır” deyirsiz,
Transferə pul xərcləmək istəmirsiz,
Uğursuzluğun səbəbini onda-bunda görürsüz
Dədə, nə olacaq bu işlərin axırı?
***
Xətrinizə dəyəni şil-küt edirsiz,
İstefa versəz də, klubdan getmirsiz,
“Bir dəfə qrupa düşmüşük, bəsimizdir” – deyirsiz
Dədə, nə olacaq bu işlərin axırı?
***
Qol gücü hesabına ölkədə qələbələr qazanılır,
Hər oyundan sonra ictimaiyyətdə şübhə oyanır,
Adi şeylərə görə hay-şüvən salınır
Dədə, nə olacaq bu işlərin axırı?
***
Xalq da uzaqlaşdırılıb “xalq komandasından”
Hər kəs bezib artıq “istefa yalanlarıdan”,
Heç kimin getmək fikri yoxdur klubdan
Dədə, nə olacaq bu işlərin axırı?
***
Futbolçular meydanda yatır,
Azarkeş Avroliqada uğur arzulayır,
Onlar isə bu fikirdən çox uzaqdır,
Dədə, nə olacaq bu işlərin axırı?
***
Julis Vobay bir “şot”a 10 min avro atar
Sonra deyərsiz, klubda maliyyə problemi var,
Neftin pulu “Neftçi”də ərşə çıxar
Dədə, nə olacaq bu işlərin axırı?
Ürfan Məmmədzadə
