“Çünki asan oyun və rəqib yoxdur” – Rövşən Hüseynli
28.02.2023 , 13:58

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqi keçirilib.
Korner.az xəbər verir ki, məşqdən əvvəl isə milli komandanın qapıçısı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb:
“Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunöncəsi 3 xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük”.
