Cüneyt Çakır Portuqaliyanın oyununa təyinat aldı
05.09.2019 , 13:16

Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.
O, B qrupunun Serbiya – Portuqaliya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 7-i Bakı vaxtı ilə 22:45-də başlayacaq.
