Kazaxıstan kubokunun yeni sahibi bəlli olub.
Korner.az-ın məlumatına görə, “Astana Arena”da keçirilən qarşılaşmada “Astana” ilə “Kayrat” üz-üzə gəlib.
Türk hakim Cüneyt Çakırın idarə etdiyi görüşdə hesabı “Astana”nın futbolçusu Patrik Tvumasi açıb. İkinci yarıda isə “Kayrat”lı Dorde Despotoviç dubl etməklə komandasına qələbə qazandırıb: 2-1. Beləliklə, “Kayrat” ümumilikdə 7-ci dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
