FİFA referisi Cüneyt Çakır Avropa futbolunda ilkə imza atıb.
Korner.az-ın məlumatına görə, o, Çempionlar Liqasının yarımfinal mərhələsinin həm ilk, həm də cavab oyununa təyinat alan birinci hakim kimi UEFA-nın tarixinə düşüb.
Çakır Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə “Atletiko” arasında keçiriləcək cavab matçını idarə edəcək. Bundan əvvəl isə o, ÇL-də 1/2 finalın “Mançester Siti” – “Real” görüşünü idarə etmişdi.
