UEFA türk hakim Cüneyt Çakıra növbəti mühüm təyinat verib.
Təcrübəli referi Çempionlar Liqasının 1/2 final mərhələsinin təkrar görüşü – “Real” – “Bavariya” matçını idarə edəcək. Çakıra Bahattin Duran, Tarık Ongun, Hüseyin Göçek, Barış Şimşek və Mustafa Eyisoy (dördüncü hakim) kömək göstərəcək.
Oyun mayın 1-də Madriddə olacaq.
Bu komandaların Münhendəki ilk görüşündə “Real” 2:1 hesabı ilə qalib gəlib.
