“Qarabağ”dan ayrılan yarımmüdafiəçi Cumbinyonun Yunanıstanın "Atromitos" klubuna keçidi rəsmiləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən braziliyalı futbolçu klubla 6 aylıq müqavilə imzalayıb.
Lakin oyunu ilə komandanın baş məşqçisinin etimadını doğruldacağı təqdirdə müqavilənin müddəti daha 1 illiyinə uzadılacaq.
