Korner.az-ın məlumatına görə, bu sözləri "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.
"Qəbələ"nin vurduğu qollarda futbolçunun fərdi ustalığı böyük rol oynadı. O cür səhvler bağışlanılmır. Uğur bizim üzümüzə gülmədi və mübarizəni dayandırdıq. "Qəbələ"ni təbrik edirəm. Belə bir turnirdə iştirak etdikləri üçün futbolçularımı da təbrik edirəm. Rəqib komandada hansısa futbolçunu fərqləndirmək istəməzdim. Onlar komanda şəklinde yaxşı oynadılar. Bu oyundan əvvəl Serbiya çempionatında 40 dərəcə temperaturda derbi matçı keçirmişdik. Hemin oyunun, üstəgəl, buraya səfərin yorğunluğu da əleyhimizə idi. "Qəbələ"nin futbolçularının fərdi ustalığı öz sözünü dedi. Özünüz də gördüz, rəqibin mehz bu üstünlüyü futbolçularım topsuz çox qaçmağa sövq etdi".
