Cüdoçumuzdan gümüş medal
26.05.2023 , 21:24

Cüdoçumuz Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
Korner.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Tohar Butbulla (İsrail) qarşılaşıb. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə məğlub olub.
İlk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanmışdı.
