Cüdoçumuzdan gümüş medal
24.08.2022 , 20:26

Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Korner.az xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici görüşdə fransalı Zakariya Diyolla üz-üzə gəlib və cərimə xalları ilə məğlub olub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.
50 kq-da çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub.
