İtaliyanın
paytaxtı Romada kişilər arasında Avropa açıq çempionatına yekun vurulub.
Korner.az-ın
məlumatına görə, Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
90 kq
çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev finala gedən yolda
serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və
kanadalı Zaçari Burta qalib gəlib. Həlledici görüşdə Polşa təmsilçisi Pyotr
Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalına sahib olub.
81 kq
çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 7-ci olub.
Xatırladaq
ki, yarışın ilk günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal
qazandırıb.
Qeyd
edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında
Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunurdu.
(cbcsport.tv)
