Cüdoçumuz finalda
15.09.2022 , 18:28

Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatı davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan idmançısı Turan Bayramov (60 kq) yarışda finala yüksəlib. O, yarımfinalda ukraynalı Nazar Viskovla üz-üzə gəlib. Rəqibini “ippon”la yenən Bayramov finala vəsiqə qazanıb.
Həlledici dueldəki rəqib isə polşalı Ksaveri İqnasiak olacaq.
