Cüdo

Cüdoçumuz erməniyə qalib gəldi

23.06.2022 , 20:03

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində yeniyetmə idmançılar arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Korner.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan cüdoçumuz 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb.

Son yazılar

Yuxarı