Cüdo

Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı

12.03.2017 , 06:00

Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir.

Korner.az-ın məlumatına görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız millimizin aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət İsmayılov bütün rəqiblərinə qalib gələrək “Böyük Dəbilqə”də Azərbaycana ilk qızıl medalı qazandırıb. Cüdoçumuz finala gedən yolda Özbəkistan, Moldova, Bolqarıstan və Yaponiya idmançılarını məğlub edib. Rüfət İsmayılov həlledici görüşdə İran cüdoçusu Səid Mollaei üzərində qələbə qazanıb. Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik edib.

73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov və 63 kq çəki dərəcəsində çıxış edən Xanım Hüseynova bürünc medala sahib olublar.

Qeyd edək ki, mötəbər yarışın ilk günüdə Orxan Səfərov (60 kq) millimizə bürünc medal qazandırıb.

Son yazılar

Yuxarı